Azərbaycan "İnter" telekanalında təxribat xarakterli süjet ilə əlaqədar Ukraynanın Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Bu barədə Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Həmçinin, Azərbaycan tərəfi telekanala da etirazını bildirib.