Gürcüstan Türkləri Konfederasiyasında iki yeni vitse-prezident təyin edildi. Bu gün Gürcüstan Türkləri Konfederasiyasının (GTK) prezidenti Daşqın Gülməmmədov Konfederasiyaya iki vitse-prezident təyin edib. Bu barədə mətbuata Gürcüstan Türkləri Konfederasiyasının 1-ci Vitse-prezidenti Sərdar Əliyev bildirib. O, qeyd edib ki, GTK prezidenti Daşqın Gülməmmədovun bu gün imzaladığı qərarlarla Orxan Arif-oğlu Əliyev GTK-nın Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, İsrail Camaləddin-oğlu Məhhərəmov isə GTK-nın Gənclərlə iş üzrə vitse-prezidenti təyin ediliblər. Həmçinin növbəti sərancamla GTK Baş katibinin müavini vəzifəsindən azad edilən Orxan Əliyevin yerinə Natiq İsmayılov GTK Baş katibinin xüsusi işlər üzrə müavini vəzifəsinə təyin edilib.