"Son bir ay ərzində Borçalıda və Tiflisdə bir sıra anti-milli ünsürlərin fəallaşması bölqədə siyasi stabilliyin pozulmasına yönəldilmiş təxribatlarır üzə çıxmaqada olan təzahürləridir. Bəzi bədhaxların təhriki ilə hər yerindən qalxan Borçalının, Gürcüstan türklərinin adından danışır". Bunu MİA-ya açıqlamasında Gürcüstan Türkləri Konfederasiyasının (GTK) prezidenti Daşqın Gülməmmədov bildirib. Açıqlamasında o, qeyd edib ki, müxtəlif xarici dövlətlərin xüsusi xidmət orqanalrına bağlı bir-neçə şəbəkə Gürcüstanın türklər yaşayan bölgələrində, o cümlədən Borçalıda insanları və bəzi ictimai təşkilatları pulla və digər vasitələrlə ələ alaraq həm Gürcüstan həm də Azərbaycan əlehinə təxribatlar törətməyə cəhd göstərirlər. Son günlərdə isə müxtəlif satqın ünsürlər fəallaşraq açıq-adyın üzə çıxıblar. Bu məslələrlə bağlı Gürcüstan Türkləri Konfederasiyası gizli araşdırma aparmağa başlayıb. Əldə edilən məlumatlar həm mediayaya həm də Gürcüstanın hüquq-mühfizə orqanalrına təqdim ediləcək. Biz heç bir halda Gürcüstanda türk əhalisinin milli mənafeinə, Gürcüstanın milli təhlükəsizliyinə yönəlmiş təxribatların baş tutmasına yol verə bilmərik