Bu barədə Modern.az saytına Y.Mahmudov özü məlumat verib.
Hazırda Şəkidə olan deputat Bakıya qayıdandan sonra Siruz Təbrizliyə cavab verəcəyini vurğulayıb: "Mən indi tədbirlərdəyəm. Bakıya qayıdandan sonra onun fikirlərinə öz cavabımı, münasibətimi bildirəcəm".
Qeyd edək ki, vaxtilə hakim partiyasının əsas funksionerlərindən olan Siruz Təbrizli haqqın.az-a müashibəsində tarixçi alim Yaqub Mahmudovu sərt tənqid edib. S.Təbrizlinin fikrincə, indi mərhum prezident Heydər Əliyevin siyəsətini dəstəkləyən Y.Mahmudov 1991-ci ildə ona qarşı çıxan şəxslərdən biri olub.
"Dünən televizora baxıram. Tarixçi deputat Yaqub Mahmudov Heydər Əliyevin həyatı barədə danışır. Bu həmin Yaqub Mahmudovdur ki, 1991-ci ildə Heydər Əliyeva qarşı müraciət imzalayıb, onu düşmən və sovet dövrünün baş korrupsioneri adlandırıb"-deyə S.Təbrizli qeyd edib.