Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. KXCP İdarə Heyətinin iclasında qarşıdan gələn prezident seçkiləri ilə bağlı partiyanın hazırlıq vəziyyəti müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. KXCP İH iclasında 7 may 2013-cü il tarixində parlamentdə müzakirə olunacaq Amnistiya Aktı layihəsi ilə bağlı müzakirələr aparılıb. Amnistiya Aktının tətbiq olunması və bu addımla bir çox məhbusun azadlığa çıxması təqdir olunsa da sözü gedən addım hakimiyyət tərəfindən atılan siyasi akt kimi qiymətləndirilib. İclasda sözü gedən Amnistiya Aktının əhatə dairəsinin çox məhdud olduğu vurğulanıb. Bu sənədin ictimai-siyasi fəaliyyətinə görə həbs olunan məhbuslara da şamil olunmasının və onlarının azadlığa buraxılmasının vacibliyi qeyd edilib. KXCP - Milli Məclis üzvlərini həmin aktın təsir dairəsini daha da genişləndirməyə çağırır!