Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İranın Xarici İşlər Nazirliyinə saxlanılan azərbaycanlı vətəndaşlarla bağlı nota verib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib. Notada qeyd edilib ki, İran tərəfi saxlanılan azərbaycanlı vətəndaşlarla bağlı qarşı tərəfi məlumatlandırsın.