?Əhalinin hər 10 nəfərindən 9-nun banklara borcu var?. Bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Azərbaycanın apardığı siyasət nəticəsində 2008-ci ildə dünya böhranından kənarda qalmağı bacarsa da müəyyən çatışmazlıqlar qalmaqdadır: ?Amma ölkədə bank sistemində müəyyən problemlər qalmaqdadır. İstehlak kreditlərinin faizinin yüksək olması əhaliyə mənfi təsir göstərir. Təsəvvür edin ki, 22%-dən az kredit verən bank yoxdu. Buna görə də əhalinin evləri, maşınları banklarda girovdu. Əhalinin hər 10 nəfərindən 9-un banklara borcu var.Bu probemlər aradan qalxmalıdır?