prezidenti Barak Obama ənənəvi 24 aprel çıxışında ?soyqırım? ifadəsini işlətməsə də, çıxış ümumilikdə Türkiyədə etirazla qarşılanıb. Xarici İşlər Nazirliyi tərəfindən yayılan açıqlamada Obamanın 1915 - ci il olayları ilə bağlı bəyanatı tənqid edilib. Türkiyənin xarici siyasət idarəsi bəyanatın tarixi gerçəklikləri özündə əks etdirmədiyini bildirərək ?problemli bəyanat? adlandırıb. Türkiyədə belə hesab edirlər ki, bəyanatda birtərəfli mövqe nümayiş etdirilib: ?ABŞ prezidenti Barak Obamanın 24 aprel açıqlamasında erməni və türklər arasında tarixin acılı bölümü ilə bağlı söylədikləri ilə təəssüf ki, bu il də erməni mövqeyini əks etdirən birtərəfli münasibət nümayiş etdirib. Tarixi həqiqəti əks etdirməyən bu bəyanatı hər baxımdan problemli hesab edirik?. AzNews.az