İqtidaryönlü Azərbaycan Azad Respublikaçılar Partiyası ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında məhkəmədə çəkişməsi hələ də davam edir. Bu barədə Mia.az-a daxil olan məlumata görə, iqtidaryönlü partiyanın komitə ilə məhkəmə mübahisəsinə səbəb partiya qərargahı üçün götürülən yerlə bağlıdır. Məlumata görə, Azərbaycan Azad Respublikaçılar Partiyası qərargah məqsədiylə götürdükləri məkanla bağlı alqı-satqı prosesi aparmaq istəsə də, Kərəm Həsənovun rəhbərlik etdiyi qurum bu istəyə ?yox? deyib: ?Buna görə də Əmlak Məsələləri Dövlət Komitəsi partiya tərəfindən məhkəməyə verilib. Amma işə baxan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə Kamil Seyidovun sədri olduğu partiyanın iddia ərizəsini əsassız sayıb?. Partiyanın birinci məhkəmə instansiyasının qərarından apellyasiya şikayətini verdiyini deyən müsahibimizin sözlərinə görə, mübahisə hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır: ?Şikayət hakim Elmira Nağıyevanın sədrliyi ilə icraata qəbul olunaraq, araşdırılır. Aprelin 16-na təyin olunmuş prosesi isə hakim təxirə salıb. İşə aprelin 23-də baxılacaq?.