Elzad Abdullayev isa Qəmbər və Əli Kərimli ilə məsləhətləzir
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli ilə mütəmadi olaraq əlaqə saxlayır, skaype vasitəsiylə danışırlar. Bunu sabiq rektorun "danışan dili" olan və Fransada mühacir statusunda yaşayan bloqqer Elnur Məcidli deyib: ?Elşad Abdullayevin intensiv olaraq Müsavat başqanı və AXCP sədriylə skype vasitəsiylə danışdığından da yəqinki xəbəriniz yoxdur?.
E.Məcdili onu da deyib ki, Elşad Abdullayev hakimiyyətə qarşı müxalifətdən də güclü mübarizə aparır, buna görə də sabiq rektorun Azərbaycan gətirilməsi üçün cəhdlər var: ?Biz ən sərt mübarizə forması ortaya qoymuşuq, Avropaya qədər gəliblər, Fransa dövlətindən bizi dəfələrlə istəyiblər, vəziyyət budur. Ancaq Elşad Abdullayev lap ABŞ vətəndaşı olsun, bu hakimiyyət olduğu müddətdə ona Azərbaycanın qapıları bağlıdır, həmçinin mən də ölkəyə qayıtsam, məni nələr gözləyə bilər, təxmin edə bilirsiniz?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51