Pakistanın sabiq prezidenti Pərviş Müşərrəf məhkəmə zalından qaçıb. Hadisə onu həbs etmək istəyən zaman baş verib. Cangüdəni onu polislərin əlindən ala bilib. İslamabad şəhər məhkəməsi məhkəmə prosesindəcə Müşərrəfin həbsi haqqında qərar verib. Cangüdənlər isə qərar elan ediləndən dərhal sonra onu qaçıraraq qara rəngli avtomobilə otuzdurublar. Onlar naməlum istiqamətdə gedərək gözdən itə biliblər. Xatırladaq ki, Pakistanın sabiq prezidenti parlament seçkisində iştirak etmək üçün öz ölkəsinə geri dönmüşdü. O. 1999-cu ildə Pakistana rəhbərlik edib. Hərbi çevriliş nəticəsində hakimiyyətə gələn P. Müşərrəf 2008-ci ildə istefa vermişdi(ANS PRESS).