İqtidaryönlü Azərbaycan Azad Respublikaçılar Partiyası Əmlak Məsələləri Dövlət Komitəsi ilə məhkəmədə çəkişir. Bu barədə mia.az-a daxil olan məlumata görə, iqtidaryönlü partiyanın komitə ilə məhkəmə mübahisəsinə səbəb partiya üçün götürülən qərargahla bağlıdır. Mia.az-ın xəbərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Azad Respublikaçılar Partiyası qərargah məqsədiylə götürdükləri məkanla bağlı alqı-satqı prosesi aparmaq istəsə də, Kərəm Həsənovun rəhbərlik etdiyi qurum bu istəyə ?yox? deyib: ?Buna görə də Əmlak Məsələləri Dövlət Komitəsi partiya tərəfindən məhkəməyə verilib. Amma işə baxan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə Kamil Seyidovun sədri olduğu partiyanın iddia ərizəsini əsassız sayıb?. Partiyanın birinci məhkəmə instansiyasının qərarından apellyasiya şikayətini verdiyini deyən müsahibimizin sözlərinə görə, mübahisə hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır: ?Şikayət hakim Elmira Nağıyevanın sədrliyi ilə icraata qəbul olunaraq, araşdırılır. Bu günə təyin olunan prosesdə hakim qərarını elan etmədi. Yəqin ki, növbəti prosesdə hakim şikayət üzrə qərarını bildirəcək?.