Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyi partiyanın Siyasi Şurasının bu gün keçirilən iclasında təsdiq olunub. Hacıyev prezident seçkilərində iştirak edəcəyini qəti bəyan edib. İclasda, həmçinin Şiyasi Şuranın mayın axırında keçirilməsi qərara alınıb. Hacıyevin sözlərinə görə, mayda keçiriləcək geniş iclasda bir sıra təşkilati məsələlər, o cümlədən vəkillərin siyahısının, yerlərdəki nümayəndələrin, seçki dairəsində partiya adından iştirak edəcək nümayəndələrin müəyyən edilməsi və digər məsələlər müzakirə edlərək həll olunacaq.