Bu gün Azərbaycanın müxalif Azadlıq Partiyası Mərkəzi İcraiyyə Komitəsinin iclası keçirilib. Iclasda 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub. MİK seckilərdə partiyanın sədri Əhməd Orucun namizədliyi ilə iştirak etmək barədə qərar çıxarıb. Partiyanın seçki qərargahı yaradılıb, Ferhat Karaöz seçki qərargahının sədri təyin olunub.