Hüquq müdafiəçisi Vidadi İsgəndərli polis tərəfindən saxlanıb. Bu haqda ?Yeni Müsavat?a hüquq müdafiəçisi özü məlumat verib. V.İsgəndərli deyib ki, Texniki Universitetin yaxınlığında polisin yolu keçən tələbələri saxlamasına etiraz edib: ?Yolu keçən digər vətəndaşları polis saxlamır. Əvəzində imkanları məhdud olan tələbələri, xüsusən də qızları tutub cərimələyirlər. Buna etiraz etdim, məni tutublar, indi Yasamal polisinə aparırlar?. V.İsgəndərli onunla bərabər 2 tələbənin də saxlandığını dedi. Saxlanılan tələbələrdən biri 1991-ci il təvəllüdlü Xanım Əliyeva Texniki Universitetin 4-cü kurs tələbəsi olduğunu dedi: ?Biz yoldan keçəndən polis saxlayıb 20 manat cərimə etdi. Yoldan keçən başqa adamları saxlamırlar, biz tələbələri saxlayırlar. Həmin pulu verməyə imkanım yoxdur?.