Mahmud Quliyev Musavat başqanının cəbrayıllılarla görüş istəyinə sərt cavab verdi. ?İsa Qəmbər hansı əsasla Cəbrayıl sakinləri ilə görüşmək istəyir. Mən bunu anlamıram. Axı, onun Cəbrayıl rayonunda heç bir dayağı yoxdur. Gəlsə də döyüləcək. Biabır olub, qayıdacaq". Bu sözləri Moderator.az-a açıqlamasında Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev Müsavat başqanı İsa Qəmbərin Cəbrayıl rayonundan olan seçicilərlə görüşü barədə xəbərə münasibətində söyləyib. Qeyd edək ki, Müsavat başqanının cəbrayıllılarla görüşünün olacağı barədə ?musavat.com? saytı xəbər yayıb.Mahmud Quliyev bildirib ki, İsa Qəmbəri bu rayonda Vahid Məmmədli və İzzət Məmmədlidən başqa kimsə dəstəkləmir. *** ?İcra başçısı çox böyük yanlışlığa yol verib. İcra başçısına, məmura yaraşmayan söz işlədib?. Bu sözləri ?Qafqazinfo?ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, bu Azərbaycan hakimiyyətinin mahiyyətini göstərir: ?Cəbrayıl işğal altındadır. Heç ölkənin ali baş komandanı İlham Əliyev də Cəbrayıl işğal altında olduğuna görə ora getmək imkanına malik deyil. İsa Qəmbər Cəbrayıl sakinləri ilə partiyanın qərargahında görüşəcək. O cür ifadə işlətmək bir icra başçısının şəxsiyyətinin göstəricisidir?.