Hazırda həbsdə olan Gülər Əhmədovanın 2 aylıq həbs müddəti aprelin 13-də tamam olur. Çox güman ki, istintaq hələ davam etdiyindən sabiq millət vəkilinin həbsi uzadılacaq. Bunu modern.az-a açıqlamasında Gülər Əhmədovanın vəkili Raqif Mustafayev də istisna etməyib. Vəkil bildirib ki, bir qayda olaraq bu cür hallarda həbs müddəti artırılır. Onun sözlərinə görə, istintaq müddəti bitməyəndə həbs qəti imkan tədbiri hətta il yarıma kimi uzanır: ?Gülər Əhmədova fevralın 13-də həbs edilib. Aprelin 13-də iki ay tamam olur. Ona verilən iki aylıq həbs müddəti artırıla bilər. İstintaq hələ yekunlaşmadığından istisna deyil ki, sabiq millət vəkilinin həbs müddəti uzadılacaq. İstintaq hərəkətləri bitməyəndə həbs qəti imkan tədbiri hətta il yarıma kimi uzadıla bilir?. Gülər Əhmədovanın da həbsinin il yarıma kimi uzadılma ehtimalının olub-olmaması ilə bağlı sualı cavablandıran vəkil Raqif Mustafayev bildirib ki, bu variant istisna deyil.[center][/center]