Müğənni Rəqsanə axtarıza verildi
Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova axtarışa verilib. Bu barədə APA -ya Suraxanı rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərli məlumat verib. A.Nəzərli qeyd edib ki, R. İsmayılova vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə axtarış elan olunub.
Hazırda R. İsmayılovanın tutularaq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47