Türkiyədə rəsmi səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili velosipeddən yıxılaraq qolunu sındırıb. Bazar günü baş verən insident Saakaşvilinin velosiped gəzintisi zamanı yaşanıb. Dövlət başçısı dərhal xəstəxanaya çatdırılıb, lakin bununla bağlı ətraflı məlumat verilmir. Saakaşvilinin bu günə nəzərdə tutulan bütün proqramları bu səbəbdən ləğv edilib. Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.