"Azərsu" ASC-də kütləvi narazılıq; izçilərin təzyiq altında izlədilməsi əsəbləri tarıma çəkib
Qorxmaz Hüseynov "Azərsu" ASC-nin Abonent İşləri Departamenti və Bakı Su Kanal İdarəsinə gündəlik iş fəaliyyətindən anlayışı olmayan təkəbbürlü yaxınlarını vəzifəyə gətirməklə, rayon departamentlərində xüsusi gərginliklər yaratmağa nail olub. Artıq bu gərginliklər hər an partlayışa səbəb ola bilər.
Bu sözləri mia.az-a Bakı Su Kanal Departamentinin mühəndisləri deyib. Adının çəkilməsini hələlik istəməyən mühəndisin sözlərinə görə, departament əməkdaşları hər gün ərazilər üzrə reydlər keçirir: ?Hansı ki, biz də həmin reydləri tez-tez keçirməklə gizli xətlərin çəkilməsinə imkan vermirik. İllərdir bu sahədə olan çatışmazlıqları, etiraf etmək lazımdır ki, birdən-birə arada qaldırmaq olmur. Neqativ hallara qarşı çox sərt tədbirlər görsək də, baş idarədən gələn özündən razı, təkəbbürlü departament əməkdaşlarının hərəkətləri artıq bizləri və nəzarətçilərin əsəblərini tarıma çəkib. Elə olur ki, bizdən aslı olmayan hallara görə də, bizi cəzalandırmağa və mənasız izahatlarla get-gələ salmağa, aşağılamağa başlayırlar. Əgər hər hansı bir obyektdə əlavə xətt varsa, akt yazıb cərimələr tətbiq etməklə, vəziyyətdən çıxmaq olar. Və yaxud obyekt sahibi bu məsələdə bizlərdən hər hansı birinin xəbərdar olduğunu deyərsə, o zaman bu prosedurları həyata keçirmək olar. Ancaq heç bir səbəb olmadan işçiləri təzyiq altında saxlamaqla Qorxmaz Hüseynov, əksinə, faydalı iş əmsalını da aşağı salır. Axı, təzyiq altında olan işçi necə effektli işləyə bilər??.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19