Müğənni Rəqsanə İsmayılovanın gözlənilən plastik əməliyyatı təxirə salınıb. ANS PRESS-in məlumatına görə, hazırda Moskvada olan sənətçi anasının səhhətində yaranan problem üzündən Türkiyəyə gedə bilmədiyini deyir: "2 apreldə əməliyyatda olmalı idim. Amma qaldı... Allah bütün analara şəfa versin, anam bir az xəstədi. Ona görə saxladım. Anam mənim başımın tacı, evimin böyüyüdür. Onun sağalıb ayağa durmasını gözləyirəm".