Türkiyədə şəhidin yaxın qohumlarından bir neçəsi mütləq qaydada dövlət qulluqçusu statusu verən işlə təmin olunur. Türkiyədə şəhid ailəsinə verilən müavinət 1350-3200 türk lirəsidir. Müavinətin həcmi isə şəhidin evli və ya subay olmasından, onun övladlarının sayından və digər amillərdən asılıdır. Qanunvericiliyə əsasən, şəhid ailəsinin bütün üzvləri xəstəxanalardan və apteklərdən pulsuz istifadə edə bilər. Bundan əlavə, şəhidin yaxın qohumları dəmiryol, dəniz və ictimai nəqliyyatdan pulsuz istifadə etmək hüququna malikdir. Şəhidin bütün övladlarına məktəb və universitetlərdə pulsuz təhsil hüququ verilir. Qeyd edək ki, Türkiyədə şəhidlər barədə məlumatlar dövlətin yaratdığı xüsusi saytda verilir. Statistikaya görə, Türkiyə 1984-cü ildən bu günə qədər 6934 şəhid verib.