Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev VİP Qadınlar Təşkilatı İdarə Heyətinin üzvləri ilə görüşüb. Qurumun mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, görüşdə VİP Qadınlar Təşkilatının fəaliyyəti və gücləndirilməsi imkanları, partiyanın növbəti açıq Məclisinin təşkili, qarşıdan gələn prezident seçkiləri və cari məsələlər müzakirə olunub. Tədbirdə çıxış edən VİP sədri Ə. Əliyev son parlament seçkilərindən sonra yenidən təşkilatlanma prosesində olan VİP Qadınlar Təşkilatının gücləndirilməsi istiqamətində həyata keçirilən işlərin qənaətbəxş olduğunu diqqətə çatdırıb: ?Ölkədə siyasi fəaliyyətə yaradılan süni maneələr şəraitində son zamanlarda partiyaya çox sayda xanım vətəndaşların cəlb olunmasını düzgün qurulmuş fəaliyyətin nəticəsidir?. Görüşdə daha sonra VİP Məclisinin aprelin 7-də keçiriləcək genişləndirilmiş toplantısında partiyanın Qadınlar Təşkilatı fəallarının iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Cari məsələlərin müzakirəsi ilə davam edən görüşün yekununda Ə.Əliyev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.