"NİDA" Vətəndaş Hərəkatı İdarə Heyətinin daha bir üzvü istintaqa cəlb olunub. Bu barədə fəallar Facebook-da məlumat yayıblar. Məlumatda deyilir ki, "NİDA"çı Rəşadət Axundov bu gün çağırış olmadan Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə aparılıb. *** ?N!DA? Hərəkatın daha bir üzvü - Üzeyir Məmmədli də saxlanıb. Martın 30-da Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində təkrar sorğu-sualdan sonra ona CM-nin 228.3-cü (qanunsuz odlu silah saxlama) maddəsi ilə cinayət işi açılıb. Bunu AzadlıqRadiosuna hərəkat üzvünün vəkili Fəxrəddin Mehdiyev deyir. ?Onu istintaq idarəsindən Nəsimi rayon Məhkəməsinə gətiriblər, biz indi məhkəmədəyik?. İttiham təsdiqlənərsə, Üzeyir Məmmədli 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilər.