ABŞ səfirliyi yenidən Milli Demokratiya İnstitutunun və onun Bakıdakı təmsilçisi Aleks Qriqoryevsin ünvanına səslənən ittihamları rədd edib. ABŞ səfirliyinin mətbuat xidmətindən "Turan" agentliyinn sualına cavab olaraq bildiriblər ki, baş prokurorun məktubu səfirliyə daxil olub və MDİ-yə ötürülüb. İttihamların mahiyyətinə gəlincə, ABŞ səfirliyi bəyan edir: "Biz təkrar edirik ki, MDİ və onun direktoru Azərbaycan cəmiyyətinin və demokratik inkişafın dəstəklənməsi naminə çalışır".