ATƏT-in Bakı ofisinin fəaliyyəti məhdudlazdırılır; XiN üzv dövlətlərə məktub yazdı
Azərbaycan tərəfi ATƏT-in Bakı Ofisinin statusunun layihə-koordinator statusunadək endirilməsini istəyir. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib. Onun sözlərinə görə, buna səbəb ATƏT-in Bakı Ofisi ilə bağlı Azərbaycan tərəfinin suallarının olmasıdır: ?Bizim mövqeyimiz konkret və aydındır. ATƏT-in Bakı Ofisinin ümumi fəaliyyəti ilə bağlı suallarımız var və təşkilatın üzvü kimi, ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi üçün müraciət etmək hüququna malikik. Təşkilata bununla bağlı məktub göndərilib. Prosedurlara əsasən, məktub bütün üzv-dövlətlər arasında yayılır. Amma bu, heç də o demək deyil ki, Azərbaycan ATƏT-lə əlaqələri dayandırmaq və ya dondurmaq niyyətindədir. Belə bir təcrübə Gürcüstanda da olub. Burda qeyri-adi heç nə yoxdur, hər şey ATƏT-in prinsip və normaları çərçivəsində edilir?.
E. Abdullayev Azərbaycan tərəfinin ATƏT-in Bakı Ofisi ilə bağlı suallarının nədən ibarət olduğunu konkret açıqlamasa da, bu məsələnin ATƏT-in baş katibi Lamberto Zannyerin Azərbaycana səfər zamanı da müzakirə olunduğunu qeyd edib.
XİN sözçüsü əlavə edib ki, ATƏT Azərbaycanın müraciətinə hələlik cavab verməyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51