Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Novruz bayramı münasibəti ilə xalqı təbrik edib. Mia.az Azadlıq radiosunua istinadən xəbər verir ki, Prezident Administrasiyasının şöbə müdiri xalqa inqilablardan uzaq olmağı arzulayıb: "2013-cü ildə ilk növbədə öz inkişafını, firavan həyatını davam etdirmək, inqilablardan uzaq olmağı arzulayıram. Azərbaycan xalqı hər cür xoşbəxtliyə layiqdir və bu layiqli həyatı təmin etmək üçün biz var gücümüzlə çalışırıq?.