?Terrorizmin Qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinə dair Beynəlxalq Konfrans?ın Bakıda keçirilməsi çox mühüm bir hadisədir. Belə bir tədbirin Bakıda keçirilməsi səbəbsiz deyil. Bunu Azərbaycan parlamentinin Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, rəsmi Bakı beynəlxalq terrorizmlə mübarizədə hər zaman ön sıralarda olub:?Terrorizmə qarşı mübarizənin aparılması haqda qəbul edilmiş beynəlxalq sənədləri rəsmi Bakı istər BMT, istər Avropa Şurası tərəfindən ratifikasiyasını vaxtında həyata keçirib. Azərbaycan parlamenti terrorizmin bütün təzahürlərinə qarşı mübarizə ilə əlaqədar konvensiyaları, beynəlxalq sənədləri qəbul edib. Bu baxımdan da konfras Bakıda təşkil edilib?. Qeyd edək ki, Bakıda Azərbaycan hökumətinin ev sahibliyi, İSESCO və BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin təşkilatçılığı ilə ?Terrorizmin Qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinə dair Beynəlxalq Konfrans? keçirilir. Konfransda 50-dən çox ölkə, 25-ə yaxın beynəlxalq təşkilat və 30-a yaxın yüksək səviyyəli ekspert təmsil olunur. Konfrans sabah da davam edəcək.