?EL? ?Nida?ya qarzı repressiyanı pislədi
?EL? hərəkatı ?Nida? gənclər təşkilatına qarşı hakimiyyət strukturlarının apardığı repressiya kampaniyasını pisləyən bəyanat yayıb. Hərəkat rəhbərliyinin qəbul elədiyi bəyanatda deyilir: ?Nida?nın artıq 4 nümayəndəsinin əsassız həbsi, onların öncədən 3 aylıq həbsə məhkum edilməsi və barələrində silah saxlama, dövlət çevrilişinə hazırlıq kimi ağır və absurd ittihamlarla cinayət işinin açılması hakim elitanın müxalif ovqatlı gənclər təşkilatları və siyasi partiyalara qarşı repressiyaları daha da sərtləşdirmək yönündə təhlükəli və uzaq gedən planlarından xəbər verir?.
?EL? hərəkatı hakimiyyəti təkidlə perspektivsiz siyasi repressiyalardan imtina etməyə, Azərbaycandakı narazılıq və gərginliyi dərinləşdirməməyə, ?Nida?nın əsasız yerə həbs olunmuş bütün üzvlərini azad eləməyə və ölkənin yetişmiş problemlərini vətəndaş cəmiyyətinin bütün qolları ilə real dialoq əsasında həll eləməyə çağırıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51