Məlumat verildiyi kimi martın 14-də Yasamal rayon ərazisində ?Gündəlik Bakı ?qəzetinin baş redaktoru Habil Vəliyevə xəsarət yetirilib. Muasir Musavat Partiyası baş redaktora edilən bu hərəkəti pisləyib və bunu təzyiq cəhdi hesab edərək bəyanat verib. Bəyanatda deyilir: "Ölkədə son vaxtlar bəzi qüvvələrin aktivləşməsi ,qarışıqlıq salmaq istəməsi və hətta işin jurnalistə təzyiq halına qədər gəlib çatması Muasir Musavat Partiyasının rəhbərliyini çox narahat edib və həmin qüvvələrə bəyan edir ki,son günlərin atmosferinə uyğun hərəkət edərək ölkədə qarışıqlıq yaratmaq və həttda üzdə olan KİV nümayəndələrinə hücum etmə cəsarətiinin haradan və kimlər tərəfindən təşkil olunması ictimayətə bəllidir. MMP dövlətçiliyin müdafiəsində çox böyük fədakarlıq göstərən,qorxmadan,çəkinmədən karrupsioner,rüşvətxor məmur tayfasının iç üzünü açaraq ifşaedici materiallarla onları fakt qarşısında qoyan habil Vəliyevin təzyiqlərə məruz qalmasını pisləyir və partiya olaraq onun apardığı mübarizədə yanında olacağını,təxribat törədənlərə isə cəhdlərinin uğursuz alınacağını bəyan edir".