Tanınmış vəkil İradə Cavadovaya yeni vəzifə verilib. Müstəqil İnformasiya Agentliyinin (mia.az) məlumatına görə, İ.Cavadova Vəkillər Kollegiyasının rəhbərliyinə gətirilib. 

Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, o, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü seçilib. Qeyd edək ki, İradə Cavadova müstəqil vəkil kimi tanınırdı. 

O, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin də vəkili olub. Məlumat üçün bildirək ki, Vəkillər Kollegiyasının 400 üzvü var, onlardan 14 nəfər rəhbərlikdi, ondan da biri İradə Cavadovadır. 

Məsələylə bağlı mia.az-a açıqlama verən İradə xanım məlumatı təsdiqləyib. O bildirib ki, ötən ilin noyabr ayında Vəkillər Kollegiyasının qurultayinda Rəyasət Heyətinin üzvü seçilib.