Daha bir partiya Əvəz Zeynallı ilə bağlı bəyanat verdi
Bir il dörd ay əvvəl qondarma ittihamlarla həbsə atılmış ölkənin tanınmış jurnalisti, qapadılmış ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
VİP-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan hakimiyyəti bu addımı ilə demokratiya və mətbuat azadlığına yolverilməz münasibətini təkrar nümayiş etdirərək, ölkədə azad sözə və onun ifadəçilərinə qarşı dözümsüz olduğunu bir daha təsdiqləyib. Çox acınacaqlı haldır ki, hakimiyyət ölkənin içində olduğu bu həssas dönəmdə daxili və beynəlxalq çağırışlara diqqətlə yanaşaraq, Novruz Bayramı ərəfəsində xoş məram sərgiləmək əvəzinə, saxta ittihamlarla həbsdə saxlanılan Ə.Zeynallı barəsində amansız hökmün qəbuluna qərar verib.
Vətəndaş və İnkişaf Partiyası (VİP) ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallının əsassız olaraq, uzunmüddətli həbs cəzasına məhkum edilməsini qətiyyətlə pisləyir və hakimiyyətin bu qərarını ölkədə demokratiyaya, söz azadlığına vurulan növbəti zərbə kimi qiymətləndirir. VİP hakimiyyətdən ölkədə vətəndaş sülhünə təhlükə yaradan, Azərbaycanın onsuz da müsbət olmayan beynəlxalq nüfuzunu bir az da zədələyən addımlara son qoymağı tələb edir və millətimiz üçün müqəddəs sayılan Novruz Bayramı münasibəti ilə Ə.Zeynallının, onun timsalında bütün gerçək siyasi məhbusların azadlığa buraxılmasını təmin etməyə çağırır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51