Azərbaycan Ziyalılar Forumunun təsisçisi, hazırda ölkə xaricində olan kinodramaturq Rüstəm İbrahimbəyov ?El? hərəkatı ilə bağlı son tapşırıqlarını verib. Bu barədə Modern.az-a Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev məlumat bildirib. ??El? hərəkatının bu gün keçiriləcək təqdimatı ilə bağlı Rüstəm İbrahimbəyovla əlaqə saxladıq. O da öz xeyir-duasını verdi. Zəng eləyib salamlarını çatdırdı. Rüstəm bəy belə bir qurumun Azərbaycan reallığı üçün nə qədər zəruri olduğunu vurğulayaraq, öz təbriklərini bildirdi?- deyə kinossenarist vurğulayıb. E.Quliyev bildirib ki, ?El? hərəkatının bu gün keçirilən təqdimat mərasimində bir neçə müxalifət lideri iştirak edəcək: ?Təqdimat mərasiminə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət dəvət olunublar. Yəqin ki, təqdimata qatılacaqlar?.