ABŞ səfirliyindən 2 milyonluq inqilab iddiasına cavab gəldi
ABŞ səfirliyi Milli Demokratiya İnstitutunun (NDİ) ünvanına səslənən guya sosial şəbəkələr vasitəsilə Azərbaycanda rəngli inqilab hazırlamaq ittihamlarını təkzib edib. Bu fikir Eynulla Fətullayevin martın 10-da haqqin.az saytında ?Azərbaycanda ?facebook? inqilabı üçün 2 milyon dollar? başlıqlı məqaləsində yer alıb. Səfirliyin Turan-ın sorğusuna cavabında deyilir:
?Bu məqalədəki ittihamlar əsassızdır. Milli Demokratiya İnstitutu və onun direktoru Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsi və ölkənin demokratik inkişafı istiqamətində işləyir. NDİ 1995-ci ildən etibarən Azərbaycan hökuməti qarşısında fəaliyyəti ilə bağlı tamamilə şəffafdır, onun fəaliyyəti isə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat haqqında saziş çərçivəsində həyata keçirilir?, - deyə, səfirliyin cavabında bildirilir.
Xatırladaq ki, yuxarıda sözügedən məqalədə NDİ nümayəndəsinin Azərbaycanın gənclər təşkilatları ilə digər postsovet ölkələrində həyata keçirilmiş ?rəngli inqilablar? ssenarisi üzrə inqilablar hazırlamaq istiqamətində işlədiyi bildirilir. NDİ-nin bu məqsədlə böyük məbləğdə nağd pul vəsaitindən istifadə etdiyi iddia olunur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50