ALP: "Azərbaycanın bir dövlət, ölkə olaraq parçalana, dağıla bilər"
"Bu günlərdə Azərbaycan hüquq-mühafizə orqanları ?NİDA? gənclər hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Məhəmməd Əzizov ?iğtişalara hazırlıqda?, bunun üçün külli miqdarda- 94 min manat məbləğındə pul, həmçinin narkotik maddələrin saxlanılmasında şübhəli şəxs kimi saxlamışlar".
Bu fikirlər ALP-nin bəyanatında yer alıb. Bəyanatda deyilir: Daha sonra Şahin Novruzlu və və Bəxtiyar Quliyev məhkəmə tərəfindən 3 ay müddətinə həbs edilmişlər. Azərbaycan Liberal Partiyası ?NİDA? gənclərin həbsini saxta ittiham əsaslanmış siyasi repressiya kimi dəyələndir, bu aksiyanı qətiyyətlə pisləyir və gənclərin dərhal azad olunmasını tələb edir. Azərbaycan iqtidarı bilməlidir ki, artlq cəmiyyəti repressiyalarla qorxudaraq, idarə etmək cəhdi köhnə və yararsız metoddur. Repressiyalarla ölkəni idarə etmək ən yaxın zamanlarda syasi partlayışa və cəmiiyəti qızğın vətəndaş qarşıdurmasına, Azərbaycanın bir dövlət, ölkə olaraq parçalanmasına, dağılmasına gətirə bilər".
ALP hesab edir ki, yaranmış gərgin ictimai-siyasi vəziyyətdən çıxış yolu yalnız və yalnız cəmiiyətdaxili sivil diskussiyalardan keçir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51