?Reuters? agentliyi gənclərin 10 Mart ?Əsgər ölümlərinə son? aksiyası barədə yazıb. Azərbaycan polisinin aksiya iştirakçılarına qarşı rezin güllədən , su şırnağından istifadə etməsini də yazan ?Reuters? son zamanlar daha da güclənən aksiyaların yanvarın 7-də əsgər Ceyhun Qubadovun ölümündən sonra başladğından yazır: ? Müdafiə nazirliyindən verilən açıqlamaya görə, o, ürək tutmasından ölüb. Ancaq onun ailəsi bununla razılaşmır və oğullarının öldürüldüyünü deyir...?. ?Reuters? yazır ki, Bakı küçələrində 500-ə yaxın insan toplaşaraq öz etirazlarını bildirib, ?Əsgər ölümünə yox?, - deyib. Aksiya iştirakçılarının facebookda təşkilatlanmasından bəhs edən Reuters iştirakçıların polis tərəfindən saxlanılmasından da yazıb. Musavat.com