Oxuduğu repdən sonra təzyiqlərlə üzləşdiyi iddia edilən repçi ?Dado? (Səid Əliyev) martın 9-da saxlandığı Binəqədi təcridxanasından azadlığa buraxılıb. Bu barədə AzadlıqRadiosuna onun prodüseri məlumat verib. Onun dediyinə görə, ?Dado? bir müddət mətbuata heç bir müsahibə vermək istəmir. Səid Əliyev fevralın 27-də saxlanmışdı. Nəsimi rayon Məhkəməsi yol qəzası vaxtı polisə müqavimət ittihamı ilə onu 10 sutka azadlıqdan məhrum etmişdi. Reper isə həbsini ?Dado YPX? adlı rep parçasını internetdə yerləşdirməsi ilə əlaqələndirir.