" partiyasının lideri Raffi Ovannisyanın Sevan şəhərində təşkil etdiyi mitinqdə dava düşüb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, mitinqdə iştirak edən bir nəfər "Əclaflar! Bizi türk adlandırırsınız?! Mən sizin boğazınızı üzərəm!" deyərək Raffi Ovannisyanın üzərinə atılıb. Qeyd edək ki, partiyanın əvvəlki mitinqlərində "İrs"in sədr müavini indiki hakimiyyətin xalqı əsarətdə saxlamağın "yerli türklər" üçün sərfəli olduğunu bildirib. Sevan meri Qevork Malxasyan isə Raffi Ovannisyanın bütün erməniləri türk adladırdığını bildirmişdi.