Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin müavini Ramil Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. VİP mətbuat xidmətindən MIA-ya daxil lan məlumata görə, paytaxt polisindən R. Hüseynovla əlaqə saxlayaraq, VİP-in martın 11-də Rusiya səfirliyinin qarşısına təyin etdiyi, amma Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sanksiya vermədiyi etiraz piketi ilə əlaqədar martın 9-u saat 11-30-da BŞBPİ-nə dəvət ediblər. Qeyd edək ki, BŞİH-dən VİP-in qeyd olunan piketlə bağlı müraciətinə cavab verilib və əsassız ?arqument?lərə istinad olunaraq, Rusiya səfirliyi qarşısında aksiya keçirilməsinin məqsədəuyğun olmadığı bildirilib. Elan olunmuş aksiyanın keçirilməsi, yoxsa təxirə salınması məsələsini martın 7-də müzakirə edib VİP Siyasi Şurasında keçirilən səsvermədə səslər bərabər bölündüyündən, bu barədə yekun qərarın qəbulu mümkün olmayıb. Məsələnin müzakirəsi VİP Siyasi Şurasının bu gün baş tutacaq iclasında davam etdiriləcək və müvafiq qərar veriləcək.#252;avini Ramil H#351; aksiyan