Nazir Ismət Abbasov çörəyin bahalazmasından danızdı
Azərbaycanda fəaliyyət göstərən çörəkbişirmə müəssisələrində istehsal olunan çörəyin qiymətinin artırılması üçün heç bir iqtisadi əsas yoxdur. APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov deyib. Nazir bildirib ki, rəhbərlik etdiyi qurum çörəyin qiymətinin formalaşmasına nəzarət etmir: ?Ölkədə taxılın istehsal və idxal həcmləri bəllidir. Bu səbəbdən qiymət artımı üçün heç bir əsas görmürəm?.
İ.Abasov qeyd edib ki, bu sahədə qiymətlərin tənzimlənməsini dövlət deyil, çörək istehsalçıları həyata keçirir: ?Əgər bahalaşma varsa, bu suallar onlara ünvanlanmalıdır. Xammal necəyə başa gəlirsə, çörəyin qiyməti də buna uyğun tənzimlənir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19