Rövnəq Abdullayev deputatları aldadıb
SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev parlamentdəki həmkarlarını aldadıb. Bu barədə ?Qafqazinfo?ya adının çəkilməsini istəməyən deputatlardan biri məlumat verib. Millət vəkili bildirib ki, hələ ötən ilin sonunda Rövnəq Abdullayev parlamentdəki həmkarlarına vəd verib ki, tezliklə onlara üstündə SOCAR emblemi olan idman geyimləri hədiyyə edəcək. Hətta bununla bağlı deputatların bədən ölçüləri də götürülüb.
Millət vəkili deyir ki, R. Abdullayevin bu vədinin üstündən üç aydan artıq vaxt keçməsinə baxmayaraq hələ də gözləri yolda qalıb: ?Açığı bir xoş hadisə kimi gözlədik. Amma üstündən üç ay vaxt keçib, hələ də Rövnəq müəllimin verdiyi sözdən bir xəbər yoxdur. Ya bu sözü o vaxt bizi eləcə sözgəlişi sevindirmək üçün deyib, ya da verdiyi sözü unudub? .
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51