Bu gün Nigar Yaqublu Lökbatanda yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsinə aparılıb. Bu barədə vəkili Adil İsmayılov məlumat verib. Vəkilin sözlərinə görə, Nigar Yaqublunun məntəqə tipli çəzaçəkmə müəssisəsində hansı rejimlə cəza çəkəcəyi hələlik məlum deyil: ?Bunu adıçəkilən cəzaçəkmə müəssisəsi özü müəyyənləşdirdikdən sonra qərar verəcək?. Qeyd edək ki, Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu martın 2-də 3 günlük məzuniyyətə buraxılmışdı. Bundan sonra o cəzasının qalan hissəsini Lökbatanda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.