MMP Senata və Departamentə müraciət edəcək
Müasir Musavat Partiyası Amerikanın Azərbaycandakı səfirinin ölkədə fəaliyyət göstərən bir qrup partiya sədrləri ilə müzakirələr aparması, Müasir Musavat Partiyasının isə dəfələrlə müraciətinin cavabsız qalması partiyada ciddi etiraza səbəb olub.Onun üçün partiyada bəyanat qəbul edilib.
Bəyanatda deyilir: ?Muasir Musavat Partiyası Amerika Birləşmiş Ştatlarının olkəmizdəki diplomatik korpusu və onun nümayəndələrini ölkədə siyasi partiyalar arasında ikitirəlik saldıqlarına görə qınayır .Beynəlxalq təşkilatların dövlətçiliyimizin qorunub saxlanmasında maraqlı olan konstruktiv müxalifətə qarşı münasibətini qeyri-obyektiv hesab edərək bildiririk ki,əlaqələrin ikili standartlar çərçivəsində qurulması ümumilikdə demokratik dəyərlərin tapdanmasına xidmət edir.
Bütün məhdudiyyətlərə baxmayaraq Muasir Musavat Partiyası öz konstruktiv mövqeyini qoruyub saxlamış ,olkədə və xaricdə baş verən müxtəlif hadisə və proseslərə özünün obyektiv münasibətini bildirməkdən çəkinməmişdir.MMP Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara sayğı ilə yanaşmış ,onlarla münasibətlərini həmişə sıcaq tutmağa çalışmışdır.Lakin bəzi diplomatik korpuslar o cümlədən Amerikanın Azərbaycandakı səfirliyi bizimlə əlaqələrin qurulmasında qeyri-loyal münasibət bəsləyir.Səfirliyin ölkədə cinayətkar və satqın partiya sədrləri ilə müzakirələrə oturmasını himəyadarlıq kimi qiymətləndirir .
Partiya səfirliyin ölkədə baş verən bütün hadısələrə aperativ müdaxiləsini gözönünə gətirərək ,dəfələrlə müraciətlərinə baxmayaraq görüş təyin olunmamasını və səfirliklə partiyaların arasında dialoqun və əməkdaşlığın mümkünsüz olduğu yolverilməzdir deyirik,səfirliyi partiyalar arasında ayrıseçkilik salmamağa və ölkədə bütün siyasi proseslərə hörmətlə yanaşmağa dəvət edirik
MMP beyan edir ki,siyasi qüvvələrin fəaliyyətinə yanaşmada Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirinin ikili standartlara şıxış etməsi MMP ni ABŞ Senatına,və Departamentinə müraciət etmək üçün rəsmi məktub göndərmsinə məcbur edir ?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51