israil prezidenti Ərdoğana "nadan" dedi
İsrail prezidenti Şimon Peres Türkiyəli baş nazirin Vyana şəhərində verdiyi bəyanatı tənqid atəşinə tutub. "Euronews" kanalına verdiyi eksklüziv müsahibədə, İsrail prezidenti Rəcəb Tayip Ərdoğanın sionizmi insanlığa qarşı cinayətlə bərabərləşdirməsindən təəssüfləndiyini deyib: ?Mən buna çox təəsüflənirəm. Bu nadanlıqdan irəli gəlir. Bu lüzumsuz və tam əssasız nifaqı daha da alışdırır. Buna görə bu bəyanatın son günlərin ən təəssüf doğuran hadisələrindən olduğunu düşünürəm?
Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2010-cu ildən bəri soyuq olaraq qalmaqdadır. Həmin vaxt İsrail xüsusi təyinatlıları Qəza zolağındakı İsrail blokadasını yarmağa çalışan gəmiyə basqın edərək, 9 türk vətəndaşını qətlə yetirmişdi. Türkiyə baş nazirinin sionizmlə bağlı müqayisəsini eynilə bir neçə gün əvvəl Ankarada səfərdə olmuş ABŞ dövlət katibi Con Kerri pisləmişdi(anspress).
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50