?Prezidentin çıxışının ardınca həyata keçirilən kadr dəyişiklikləri effektiv olmadı. Korrupsiya faktlarının aşkarlanması isə növbətçi xarakteri daşıyır. Hökumət strurkturları, xüsusilə də korrupsiyaya bulaşan qurumlar köhnə işlərin üstünü açmaqla xəta-bəlanı özlərindən uzaqlaşdırmağa çalışırlar?. Bu fikri AİDP sədri Tahir Abbaslı deyib. Onun fikrincə hakimiyyət belə kosmetik dəyişiklikdənsə ciddi islahatlara getməlidir və ilk növbədə də bu prosesə parlamentin buraxılması ilə başlamalıdır: ?Hesab edirəm ki, ancaq bu yolla hakimiyyət cəmiyyətdə formalaşan ?filan naziri və ya başqa məmuru yerindən tərpətmək olmur ? kimi fikirləri aradan qaldıra bilər. Əks təqdirdə hakimiyyətin təqdim etdiyi belə idarəetməyə inam olmayacaq və korrupsiya yenə davam edəcəkm?. T.Abbaslı deyir ki, hakimiyyət milli qüvvələrlə danışıqlara getməsə ölkədə durum daha pis olacaq: ?Çünki ölkədə yaranan qruplaşmalar təkcə özlərinə deyil həm də xarici güclərə xidmət edirlər. Təbii ki, onların marağına toxunanada arxalarındakı qüvvələri də bu işə qatacaqlar?.