iyə pensiyaların vaxtında, sabit və dayanıqlı çatdırılması üçün maliyyəşmələr tənzimlənəcək. Bu barədə DSMF sədri Səlim Müslümov bu gün jurnalistlər üçün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun dediyinə görə, pensiyaların vətəndaşların şəxsi hesabına köçürülməsi Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə 16-dək,respublika tabeli şəhərlər üzrə 18-dək,digər rayonlar üzrə 24-dək,hərbi qulluqçular və xüsusi rütbəli şəxsi kateqoriyasından olan pensiyaçilar üzrə 29-dek yekunlaşdırılacaq. Bayramlar və dövlət əhəmiyyətli tədbirlər olduğu aylarda bu qrafik müəyyən olunmuş vaxtdan əvvəl icra ediləcək.