isa Qəmbərin evindən nələri aparacaqlar - SiYAHI
2013-cü il 12 yanvar və 26 yanvarda keçirilən icazəsiz aksiyalarında iştirak etdiyi üçün cərimələnən gənc fəal Turqut Qəmbərin yaşadığı evdəki bəzi əmlaklar müsadirə olunması üçün siyahıya alınıb. Teleqraf.com-un xəbərinə görə, Nəsimi rayon Məhkəməsinin icraaçıları T.Qəmbərdən cəriməni ödəməsini tələb ediblər. Ancaq gənc fəal məhkəmənin qərarını ədalətsiz saydığından prosesi hüquqi müstəvidə davam etdirmək istəyərək, cəriməni ödəməkdən imtina edib.
Buna görə, icraçılar İsa Qəmbərin evində əmlakı siyahıya alıblar. Musavat.com-un xəbərinə görə, məhkəmə icraçıları aşağıdakı əmlakları potensial müsadirə əşyaları kimi qeydə alıblar: 2 ədəd müxtəlif markalı televizor, 1 ədəd portativ kompüter, 1 ədəd musiqi mərkəzi, 1 ədəd kondisioner, 1 ədəd çilçıraq və 1 ədəd xalça.
Qeyd edək ki, Turqut Qəmbərlə eyni gündə eyni aksiyada saxlanılan figər aksiya iştirakçıları da bənzər durumla üzləşiblər. Onlardan bəzilərinin valideynlərinin əmlakı müsadirə olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51