Azərbaycan Demokrat və İslam partiyalarının rəhbərləri arasında görüş keçirilib. ADP-dən verilən məlumata görə, ADP-nin qərargahında keçirilən görüşdə ölkədə ictimai siyasi vəziyyət, konstitusion azadlıqlar, bu il keçiriləcək prezident seçkiləri, müxalifətdaxili əməkdaşlığın istiqamətləri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə ADP-ni partiyanın sədri Sərdar Cəlaloğlu başda olmaqla İdarə Heyətinin üzvləri, AİP-i isə partiyanın sədr əvəzi Elçin Manaflı və müavini Hacı Akif Heydərli təmsil ediblər.