Bu gün Ermənistanda keçirilən prezident seçkilərinin birinci turunda ölkənin hazırki prezidenti Serj Sarkisyan qalib gəlib. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ?The Gallup Organization? tərəfindən keçirilən "exit-poll"un nəticələrinə əsasən məlumat verilib. "Exit-poll"un nəticəsinə əsasən, Serj Sarkisyan səslərin 58 faizini toplayıb. İkinci yerdə ?İrs? partiyasının lideri Raffi Ovannisyan 32 faiz səslə qərarlaşıb. Üçüncü pilləni isə 3 faiz səslə sabiq baş nazir Qrant Baqratyan və Paruyr Ayrikyan bölüşür. Xatırladaq ki, saat 17:00-a olan vəziyyətə görə, Ermənistanda prezident seçkilərində seçicilərin ümumi sayından 1 259 374 nəfər və ya 49,71 faizi səs verib.