Prezident Qazax rayonuna 6.9 milyon manat ayırdı
Prezident ilham Əliyev Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama görə, iyirmi altı min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 6,9 (altı milyon doqquz yüz min) milyon manat ayrılması nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19